Zakir Kaya kitaplarının 2. baskısı çıktı

Breaking News

Sona Abbasəliqızı GÖYÇƏ MAHALININ ARDANIŞ DOĞMALIGI

 Sona Abbasəliqızı

GÖYÇƏ MAHALININ ARDANIŞ  DOĞMALIGI





Həmişə dünyanın yaxşılarından, seçilənlərindən və sevilənlərindən  yazmışam.Gözəl əməlləri ilə ətrafdakılara nümunə olmağı, örnək olmağı bacaran  insanlardan yazmışam.Bütün yazılarımın qəhrəmanları sonradan tanıdığım şəxslər və ya böyük şəxsiyyətlər olub.Bu yazımın  qəhrəmanları kimi…

Göyçə mahalı tarixən böyük şəxsiyətlər yetişdirib. Azərbaycanımızın inkişafında xüsisi xidmətləri olan alimləri,yazıçıları,şairləri,həkimləri,müəllimləri və s...peşə adamları ilə məşhur olub bu mahal.Bu qədim türk torpağında dünyaya gələnlərin  taleyində zamanın ağrılı olayları çox olsa da onların vüqarını əyə bilməyib.Göyçə mahalının gözəl,səfalı və mənəvi zənginliyi ilə seçilən yurd yerlərindən biri də Krasnoselo rayonunun Ardanış kəndidir.Bu kəntdə böyüyüb ərsəyə yetən oğulların səsi-sorağı yurdumuzun hər tərəfindən gəlir.Tanınmış alimləri,müəllimləri,həkimləri,qələm adamları çoxdur bu elin.Bu yurdun başının üstünü faciələr almamışdan qabaq  çox gözəl həyatı olub.

Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf etmişdir. Kənddə 800 şagirdlik üç mərtəbəli orta məktəb binası, 1988-ci ildə istifadəyə hazır vəziyyətdə olan üç korpuslu 1200 şagirdlik yeni məktəb binası, 450 tamaşaçı yeri olan mədəniyyət evi, kino qurğu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi. Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və o dövr üçün İttifaq əhəmiyyətli "Dalğa" pansionatı (3 korpusdan ibarət) var idi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.


İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır. 


Həyatın mütləq həqiqətlərini dərk edən, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran, zəngin mənəviyyata malik  ziyalıların sözlərinə görə, uzun ömür insan  üçün məsuliyyətdir, geriyə baxanda bir hesabat dövrüdür: "İllər insana çox şey öyrədir. İnsan formalaşır, püxtələşir və nəhayət müdrikləşir.  Belə bir həyat yaşayan insan özünü necə hiss edər? Əsas insanın ruh halıdır. İnsan o vaxt qocalır ki, onun ruhu ölür.  Çünki müəllimlərimiz, ustadlarımız hər zaman bizə ruhumuzu cavan tutmağı, işıqlı düşüncələrə sahib olmağı, işıqlı ideyalar ətrafında birləşməyi öyrədiblər. Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi böyük sənətkarların  əsərləri bizə daim nikbin olmağı aşılayıblar. Güclü, qüdrətli Azərbaycan quruculuğuna səsləyiblər. Bu yolda səfərbər olmağı tövsiyə ediblər.

Bu gün Ardanış kəndinin yetirmələri öz tarixi missiyalarını inamla davam etdirir.Inanırlar ki,bir gün o qədim türk torpağına qayıdacaqlar,necə ki,Qarabağa zəfər sorağıyla döndük.Inşallah,Göyçə ətrini,Ardanış dogmalığını da  Qarabağ Zəfəri kimi duyacağımız  gün uzaqda deyil!

                05.02.2021

Hiç yorum yok