Zakir Kaya kitaplarının 2. baskısı çıktı

Breaking News

Sona Abbasəliqızı: Xüsusi istedad əsl insan ola bilməyin özünəməxsusluğudur .




İstedadlı ədəbiyyatşünas Əsad Cahangirin «Dionisin şərəfinə» kitabı təqdim olundu




İnsan həyat və fəaliyyəti ilə cəmiyyətdə özünə layiqli yer tutur. Belə insanların mükəmməl ədəbi əhatəsi ədəbiyyatın müasir inkişafının böyük ictimai təməllərini təşkil edir və bu istiqamətdə yeni epoxanın qurucuları önəmli rol oynayırlar. Heç şübhəsiz, istedadlı ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir də zəngin ədəbi bacarığı, uğurlu yaradıcı töhfələri ilə ədəbiyyatımızın inkişafında ümdə vəzifə daşıyır. Onun yetkin, əsaslandırılmış, sınaqlardan üzüağ çıxmış ədəbi-ictimai fəaliyyəti bu gün də yaradıcılıq amilinin əsas səciyyəsi kimi diqqət çəkir. Əslində, Əsəd müəllim elə bir şəxsiyyətdir ki, onun istər həyata baxışında, istərsə də ədəbi-tənqidi irsində ictimai novatorluq, ənənə və yeniləşmə cəmiyyətin əsas prioritetləri kimi təqdim olunur. Cəmiyyət onun vətəndaş missiyasında bir ideallıq görür və anlayır ki, zəngin tarixi təcrübə ilə müasir yaradıcı təfəkkürün vəhdəti, yenilik ruhu, yüksək vətənpərvərlik və xüsusi istedad əsl insan ola bilməyin özünəməxsusluqlarıdır. 



Yaxşı insan, bəlkə də, bütün həyatını digər bir insanın həyatı uğrunda xərcləmək üçün doğulur. Ola bilsin, bu fikrin fəlsəfi prosesində başqa bir zəmin də dayansın, hər halda, Allahın insana verdiyi dəyər başqa birisi üçün yaşamaq bacarığı ilə ehtiva edir. Düşünürük ki, bir tabloda yüz rəng çaları yaradan Əsəd Cahangir də insan-cəmiyyət duyğusu ilə çağlayan qəlb-könül sahibidir. Onun vətəndaş mövqeyindəki insan dəyərləri, mənəvi yüksəliş həyat üçün çox ciddi zəminlərdir. Bu zəminlərin məqsəd və məramları onun qəlb çöhrəsinin səsi-sədasıdır.  

Çox sevindirici haldır ki, Azərbaycan ədəbi cəmiyyəti Əsəd Cahangir şəxsiyyəti ilə qürur duyur. Bu mənada, biz də şadıq ki, dövrəmizdə onun kimi bir qələm sahibi qərar tutub. O, ədəbi tənqidin aynasıdır. Çünki təhlil etdiyi yazıları öz qəlb sızıltıları ilə isidir, onlara həyat verir. 



11 fevral 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Əsəd Cahangirin «Dionisin şərəfinə» kitabının təqdimat mərasimi keçirildi. Mərasimə tanınmış ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, mətbuat nümayəndələri və Əsəd müəllimə hörməti olan insanlar təşrif buyurmuşdular. Tədbir ilk baxışdan şahanə görkəmi ilə diqqət çəkdi. Çıxış edənlər Əsəd müəllimin həyat və fəaliyyəti barədə ətraflı danışdılar, onun ədəbiyyatşünas və tənqidçi bacarığından bəhs etdilər. Həmçinin «Dionisin şərəfinə» kitabı barədə müfəssəl fikirlər səsləndirdilər.   

 




Açığı, hər çıxış son dərəcə məzmunlu, hər çıxışçı sözün əsl mənasında səmimi idi. Bunu da Əsəd müəllimin cəmiyyətdə qazandığı dərin hörmət və nüfuzun bariz səciyyəsi kimi xarakterizə etmək olar.

Hörmətli Əsəd müəllim, sizi öz adımdan və bütün yaradıcı insanlar adından təbrik edirəm. İnanıram ki, bu möhtəşəmlik ədəbi fövqünüzdə daim rəngli çalarlar yaradacaq və bu fəhm şəxsiyyət adınıza parıltı səpəcək.

Qələminizdən çıxan hər yazı cəmiyyət üçün bir aynadır və siz bu yazıların işığında parıltılı görünürsünüz. 

İnanıram ki, gələcəkdə daha yüksək zirvələrdə qərar tutacaqsınız. 

(Tədbirin sonunda Esat Cahangirə "Sözün xaqanı"kitabımı hədiyyə edib tənqid etməyini söylədim)

))))


Hörmətlə:

🖊Sona Abbasəliqızı; KHA-(Kaya Haber Ajansı )Bakü temsilcisi.

Hiç yorum yok