Sona Abbasəliqızı yazıçı-jurnalist Prezident mükafatçısı:Tanınmış həkim ürək-damar cərrahı MƏHƏMMƏD KƏRİMOV
kənd icma sədri vəzifəsinə seçilmişdir. İcma iclasları günün tələbidir
Bildiyimiz kimi, cəmiyyətin əsas hədəfləri yerli icmalar və onlarla iş prinsiplərinin düzgün qurulmasıdır. Əlbəttə, icmalara seçkilərin keçirilməsi, layiqli insanın yerli instansiyalara sədr seçilməsi ictimai düşüncənin daha da formalaşması ilə yanaşı, həm də dövlətçilik işinin sürətlənməsi istiqamətində həlledici bir təkan kimi təsir bağışlayır.
Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kənd icma iclasları da sadaladığımız işin üzvi hissəsidir. Bu istiqamətdə nailiyyətləri çoxaltmaq məqsədilə növbəti tədbirlər planına uyğun nümunəvi işlərin həyata keçirilməsi qlobal təzahürlərə də zəmin verir. Bu səbəbdən Ardanış kənd icma iclasının yekdil rəyi, xüsusən də hörmətli Əziz Ələkbərli və İcmanın Çəmbərək rayon sədri Əvəz Ələkbərov aktiv iştirakı ilə tanınmış həkim, ürək-damar cərrahı, dəyərli insan, ictimai düşüncənin inkişafında misilsiz rol oynayan Məhəmməd Kərimov Ardanış kənd icma sədri seçilib. Onun həm respublika, həm də Qərbi Azərbaycan İcmasının cəmiyyət işindəki təşəbbüsü və əzmkar fəaliyyəti bu istiqamətin əsas təzahürü kimi alqışlanır.
Bu günlərdə keçirilən Qərbi Azərbaycan İcmasının növbəti iclasında dediyimiz kimi, Əziz Ələkbərli, Əvəz Ələkbərov kimi hörmətli ziyalılar, ictimaiyyət nümayəndələri, cəmiyyət işində mühüm rol oynayan şəxslər iştirak edib. Onlar Məhəmməd Kərimovun əməli işi, həkim kimi fəaliyyəti və əsl vətəndaş mövqeyini yüksək qiymətləndirib, onun kənd icma sədri kimi yeni işində də böyük müvəffəqiyyətlər əldə edəcəyini vurğulayıblar.
Ümumilikdə, Qərbi Azərbaycan İcmasının kənd iclasları adıçəkilən qurumun məqsədi, cəmiyyətdə nümunəvi addım atması və digər istiqamətlərdə yekdil iş görəcəyini mühüm komponent kimi müəyyən edir.
Elə bugünlərdə keçirilən iclasda iştirak edənlər Qərbi Azərbaycan İcmasının qarşıya qoyduğu prinsiplərə uyğun səciyyəvi fikirlərin formalaşdırılması, bu istiqamətdə layiqli işlərin görülməsini bir daha gündəlikdə duran vacib məsələ kimi təqdir edib, bu məsələlərin gələcəkdə keçiriləcək kənd iclaslarında təkrar-təkrar müzakirə olunmasını məqsədəuyğun sayıb və Məhəmməd həkimə yeni işində uğurlar arzulayıblar.
MƏN İSƏ HÖRMƏTLİ ZİYALIMIZI QƏLBƏN TƏBRİK EDİRƏM!
Sona Abbasəliqızı
yazıçı-jurnalist
Prezident mükafatçısı
Hiç yorum yok