ÜRƏYİ XALQ VƏ DÖVLƏT SEVGİSİ İLƏ DÖYÜNƏN QURUCU İNSANA SƏS VERƏK
Uğur olsun, Göydəniz Qəhrəmanov!
Azərbaycan turizm bölgəsi kimi tarixən dünyanın diqqət mərkəzində olub. Allahın böyük lütf verdiyi bu məmləkətdə turizm bu gün də öz uğurunu geniş şəklidə nümayiş etdirir. Elə buna görə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ölkədə həyata keçirdiyi inamlı islahatlar turizmin əhatəli və hərtərəfli inkişafına əsaslı zəmin yaradıb. Artıq bu gün dünyanın istənilən ölkəsindən Azərbaycana insanlar təşrif buyurur, buradakı gözəllikləri görür, yaddaşında Azərbaycanla bağlı bir sıra həqiqətlərə yer edir. Bu da təbii ki, ölkəmizin beynəlxalq aləmdə daha misilsiz bir ölkə kimi tanınmasına əsas verir. Əlbəttə, turizm sahəsindəki sivil inkişafı ölkə başçısının turizmə göstərdiyi qayğının və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun inamlı fəaliyyətinin təzahürü kimi səciyyələndirmək olar.
Azərbaycan cəmiyyəti Göydəniz Qəhrəmanovun turizm işindəki uğurunu, əməli fəaliyyətini yaxşı görür və dəyərləndirir. İnsanlar Göydəniz Qəhrəmanovun deputatlığa namizədliyini də ürəkdən alqışlayırlar. Çünki Göydəniz Qəhrəmanov xalqa fayda vermək üçün əllərindən gələni əsirgəmir, xalq-dövlət və dövlətçilik işini özünün birinci dərəcəli vəzifəsi hesab edir.
Göydəniz Qəhrəmanov bir Assosiasiya rəhbəri kimi daim qeyd edib ki, əsas məqsədimiz ölkə turizminin, xüsusilə də üzv şirkətlərin inkişafına töhfə verməkdir. Özəl sektor və dövlət qurumları ilə çox sıx işbirliyi həyata keçirmək inkişafımıza əsas verir. Daimi olaraq bütün dövlət strukturları ilə birgə layihələr, tədbirlər, görüşlər, müzakirələr təşkil edirik. Paralel olaraq hava yolları və xaricdəki assosiasiyalarla çox sıx əlaqələr qururuq. Demək olar ki, bütün beynəlxalq turizm sərgilərində iştirak edirik. Eyni zamanda, media ilə sıx çalışırıq. Nəticə etibarilə, dövlətimizin turizm sahəsinin inkişafı istiqamətində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün cəhdlər edirik.
Əlbəttə, belə bir insanı bütün istiqamətlərdə örnək göstərmək mümkündür.
Bildiyimiz kimi, Göydəniz Qəhrəmanov 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əlbəttə, artıq seçki üçün təbliğat-təşviqat işinə də start verilib. İnanırıq ki, Göydəniz Qəhrəmanovun cəmiyyət işindəki əzmi, dövlətçilik sevgisi və əsl vətəndaş inamı onun Milli Məclisə üzv seçilməsi üçün örnək olar. Elə Milli Məclisdə də məhz onun kimi insanların təmsil olunması mütləqdir; çünki elələri xalqın dərdini öz dərdi bilir, onların problemlərinin həlli istiqamətində bütün imkanlarından istifadə edirlər. Biz bu yolda deputat olmaq istəyən hər kəsə, o cümlədən, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Göydəniz Qəhrəmanova uğurlar diləyir, Azərbaycanın inkişafı istiqamətində layiqli addımlar atan, örnək, nümunəvi fəaliyyəti ilə diqqət mərkəzində olan bu layiqli el oğluna can sağlığı arzulayırıq. Və inanırıq ki, 1 sentyabr 2024-cü ildə insanlar seçki məntəqələrinə gələrək öz səslərini məhz Göydəniz Qəhrəmanova verəcək, bununla da dövlətçilik işində nümunə olan əsl reallığa imza atacaq, xalqı düşünən, ürəyi xalq və dövlət sevgisi ilə döyünən qurucu bir insana etibar edəcəklər.
İndidən sizə uğurlar arzu edirik, Göydəniz müəllim!
AYB-nin, AJB-nin üzvü
Sona Abbasəliqızı
Hiç yorum yok