Nadir Məmmədli Türk Dil Kurumu'nun fahri üyesi seçildi
Nadir Məmmədli Türk Dil Qurumunun fəxri üzvü seçilib
Türkçülük həm də Azərbaycançılıq təsəvvüfüdür; iki qardaş ölkə arasındakı münasibətlərin inkişafa yönələn aspektləridir. Bu istiqamətdə dövlətimiz uğurlu addımlar atır. Həmçinin, ölkəmizin işıqlı insanları, ziyalı-alimləri bu istiqamətdə əsaslı işlər görür, təbliğat xarakterli töhfələrə nail olurlar. Səmimi etiraf edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli də belə dövlətsevər alimlərimizdəndir. Onun Türkiyə və Azərbaycan qardaşlığına həsr olunan elmi, sanballı işləri, eqnilə də, bu sahədə apardığı araşdırmaları, dilçilikdə əldə etdiyi böyük nailiyyətlər Türkçülük və Azərbaycançılıq proseslərinin nizamlanmasında başlıca rol oynayır. Nə xoş ki, hörmətli alimimizin bu sahədəki nailiyyətləri nəzərə alınıb, o, bugünlərdə Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı ilə Türk Dil Qurumunun fəxri üzvü seçilib. Türk Dil Qurumunun fəxri adına layiq görülməsindən məmnunluğunu ifadə edən Nadir Məmmədli bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib, vurğulayıb ki, bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir.
Döğrudan da, Nadir Məmmədlinin təkcə dilçilik işində deyil, Türkiyə-Azərbaycan həqiqətlərinin bəlli olmasında xüsusi rolu var.
Məlumat üçün bildirək ki, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun tərkibinə Türk Tarix Qurumu və Türk Dil Qurumu, həmçinin Atatürk Araşdırma Mərkəzi və Atatürk Mədəniyyət Mərkəzi daxildir. Türkiyənin bu dörd özəl qurumu 1983-cü ildən üzü bəri Ali Qurumun çətiri altında müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirir. Bu zərurət AMEA-nın Dilçilik İnstitutu ilə Türk Dil Qurumu arasında da dostluq münasibəti yaradıb. Bu da Azərbaycan dilçiliyinin Türkiyənin dilçilik mühiti ilə əlaqəsi anlamına gəlir. Məhz hörmətli Nadir Məmmədlinin gələcək illərdə həyata keçirəcəyi layihələr, görəcəyi işlər də iki qardaş ölkə arasında əlaqələrin artmasında həlledici amil kimi səciyyələnəcək.
Hörmətli Nadir Məmmədli! Sizi layiq görüldüyünüz uğur münasibətilə təbrik edir, can sağlığı və yeni elmi nailiyyətlər arzulayırıq.
Sona Abbasəliqızı
Prezident mükafatçısı
AYB və AJB-nin üzvü
Hiç yorum yok