YÜKSƏK MÜKAFAT ALİ DƏYƏRDİR GÖYDƏNİZ İBRAHİMOĞLU QƏHRƏMANOV-a FƏXRİ NİŞAN TƏQDİM EDİLİB
Əlbəttə, ölkələrarası münasibətlər sivil qloballığı artıran ictimai məziyyətlərdir. Azərbaycan dövləti də bu istiqamətdə layiqli addımlar atır. Daim yeniləşən uğur kimi ehtiva edən bu proses ölkəmizin insanlarına da hərtərəfli sirayət edir. Həyata atıldığı gündən özünün dövlətçilik sevgisi, ictimai ənənələri ilə yeniləşmə prosesinin sürətlənməsində məxsusi rol oynayan Qəhrəmanov Göydəniz İbrahim oğlu da ölkələrarası münasibətlərin qlobal səciyyə daşımasında əllərindən gələni əsirgəmir. Onun əsasən də, ölkəmizin turizm potensialının artmasında göstərdiyi səylər və cəmiyyətə verdiyi uğurlu töhfələr alqışalayiqdir və günün aktuallığı kimi diqqət çəkir.
Bildiyimiz kimi, bugünlərdə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının "Bədən tərbiyəsi, İdman və turizmin inkişafındakı xidmətlərinə görə" Qəhrəmanov Göydəniz İbrahim oğluna Fəxri nişan təqdim edilib. Məlumat üçün bildirək ki, mükafatlandırma haqqında qərar MDB PA-nın sədri Valentina İvanovna Matviyenko tərəfindən imzalanıb. Bu mükafat yüksək mükafatdır, ölkəmizin beynəlxalq münasibətlərdəki uğuru kimi təcəssüm edir.
Qəhrəmanov-a layiq görüldüyü mükafata görə ölkə rəhbərliyinə, Milli Məclisin rəhbərliyinə, Dövlət Turizm Agentliyinin rəhbərliyinə və MDB PA-ya təşəkkür edir. Elə biz də Qəhrəmanovu belə yüksək dəyərlə təltif etdiyi üçün yuxarıda adları qeyd olunan təşkilatlara, şəxslərə minnətdarlığımızı bildiririk. Çünki bu mükafat təkcə Göydəniz Qəhrəmanova verilən yüksək mənəvi dəyər kimi xarakterizə olunmur, həm də xalqımıza verilən dərin hörmət anlayışı kimi səciyyələnir.

Göydəniz Qəhrəmanova bundan sonra da cəmiyyət işində daim fərqlənməsini, daha böyük mükafatlara layiq görülməsini arzulayırıq.
Bəli, dövlət üçün, dövlətçilik üçün çalışan insanlar həmişə diqqət mərkəzindədirlər və yeri gəldikcə öz töhfələrini alırlar.
Bizim dövlətimiz çox diqqətcil, çox qayğıkeş dövlətdir. Dövlətimizə də, onun Göydəniz Qəhrəmanov kimi oğullarına da eşq olsun!!!
MƏN İSƏ ŞƏXSƏN AİLƏMİZ ADINDAN SİZİ TƏBRİK EDİRİK HÖRMƏTLİ GÖYDƏNİZ QƏHRƏMANOV!
Sona Abbasəliqızı
PREZİDENT MÜKAFATÇISI
AYB və AJB-nin üzvü
Hiç yorum yok